Koronavirusa qarşı vaksin 2020-ci ilin sentyabrında hazır ola bilər
11
apr
2020
14:06
Koronavirusa qarşı vaksin 2020-ci ilin sentyabrında hazır ola bilər.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Oksford Universitetinin vaksinologiya professoru Sara Gilbert deyib.
Professorun sözlərinə görə, vaksinin həmin müddətə hazır olma ehtimalı 80 faizə bərabərdir.
O əlavə edib ki, vaksinin klinik sınaqları iki həftə ərzində başlamalıdır. Vaksin sınaqların bütün mərhələlərindən keçəndən sonra kütləvi istehsal başlaya bilər.
Qeyd edək ki, bu günədək dünyada 1,7 milyondan çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı 103 mini keçib.
Oxşar xəbərlər
Dünya üzrə koronavirusdan ölənlərin sayı 100 mini keçib
Dünyada yeni növ koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 100 min nəfəri keçib. BAKU.WS xəbər verir ki, bunu federal və ştat orqanlarının məlumatları ə...