Koronavirus mutasiyaya uğrayaraq 30 növə ayrılıb – YENİ ARAŞDIRMA
Çindən dünyaya yayılan koronavirusun fərqli mutasiya dövrü keçdiyi məlum olub.
BAKU.WS “tv100.com”a istinadən xəbər verir ki, Uhan şəhərində tapılan koronavirusla bağlı yeni araşdırma aparılıb.
Çində Zhejiang Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı virusun 30 fərqli növünün yarandığı məlum olub.
Alimlərin fikrincə bu növlərdən bir neçəsi son dərəcə təhlükəlidir və onlar ölümə səbəb olur. Avropa və Zhejiang bölgəsində ölümlərə yol açan virusun məhz bu tiplərdən olduğu məlum olub.
Ən yüngün və insan üçün zərərsiz növləri isə ABŞ-ın Vaşinqton əyalətində yayılıb.
Alimlər virusun ötən il heyvanlardan insana keçməsindən sonra dəfələrlə mutasiyaya uğradığını bildiriblər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, virusun mutasiyaya uğraması orqanizmin immun sistemi ilə də əlaqəlidir.
Alimlərin daha bir araşdırması isə insanları bir az da ehtiyatlı olmağa vadar edir. Araşdırmalara görə, koronavirusun ən təhlükəli və ölümcül mutasiyası digər növlərə nisbətən 270 qat daha çox yayılır və çoxala bilir.
Çinli alimlərin bu araşdırmaları koronavirusun müalicəsi və peyvəndi üçün vacib bir tapıntıdır. Vaksinin virusun mutasiyasına görə istehsal edilməsi və ya xəstənin müalicə üsulunun təyin edilməsi lazım olduğu bildirildi.
Oxşar xəbərlər
Koronavirusla bağlı maraqlı araşdırma: xəstələr niyə ölür?
“İnsan bədənində xəstəliklərə qarşı hiperreaksiya göstərən immun sistemi koronavirusa yoluxan və ağır vəziyyətdə olan şəxslərə daha böyük ziyan verə bilər”. BAK...