Konqres: Tramp İrana icazəsiz zərbə endirə bilməz
26
iyn
2019
21:30
ABŞ Konqresinə milli müdafiə haqqında qanuna dəyişikliklərə dair layihə təqdim edilib.RBK-nın məlumatına görə, dəyişikliklər qanunverici orqanın ilkin razılığı olmadan İrana hərbi zərbənin maliyyələşdirilməsini qadağan edir.Sənədi konqresmenlər Ro Xanna və Mett Hets hazırlayıblar. Onların təkliflərinə əsasən, Konqres Tehrana müharibə elan etməyənədək və ya icazə verməyənədək İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi bloklanacaq.R.Xannanın fikrincə, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə müharibəyə başlamağın bir addımlığında olub. Bu müharibə Vaşinqtona 3 trilyon dollara başa gələ bilərdi.Xatırladaq ki, D.Tramp zərurət yaranacağı təqdirdə, konqresmenlərlə razılaşdırmadan İrana zərbə endirməyin mümkün olduğunu bəyan etmişdi.
Oxşar xəbərlər
ABŞ bu gün İranı bombardman edəcəkdi, Tramp geri çəkildi
Ötən gün pilotsuz kəşfiyyat təyyarəsinin vurulmasına cavab olaraq ABŞ bu gün səhər saatlarında İrana hava zərbələri endirməyi planlaşdırsa da, prezident Donald...