Donald Trampdan Suriya ilə bağlı vacib açıqlama – VİDEO

Donald Trampdan Suriya ilə bağlı vacib açıqlama – VİDEO
Video
Video 832

ABŞ prezidenti Donald Trampın Suriya ilə bağlı verdiyi açıqlamalar dünya mətbuatını çaş-baş salıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Amerika rəhbəri hazırda amerikalı hərbçilərin Suriyadan çəkildiyini deyib. “Hazırda Suriyada 2 min əsgərimiz var. Onlar da ölkədən çıxmağa başlayıblar”, - deyə Donald Tramp bildirib. Amerika lideri qeyd edib ki, hərbçilərin ölkədən çıxarılması ABŞ-ın Suriyada nəzarəti itirməsi demək deyil. “Biz istənilən vaxt Suriyaya qayıda bilərik. Amerikanın İraqda güclü mövqeləri var. Həmin ərazidən Suriyadakı terrorçularla mübarizə aparacağıq. Suriyada İŞİD terrorçularının yeri müəyyən olunan vaxt, İraqdan həmin ərazini vura bilərik”, - deyə D.Tramp bildirib. Amerika rəhbəri bildirib ki, İraqda mövqelərini möhkəmlətməklə İrana nəzarəti daha da gücləndirəcək: “Biz İraqdan İranı daha yaxşı izləyə biləcəyik. İrana nəzarəti daha yaxşı edə biləcəyik. İraqda yerləşməklə Yaxın Şərqə daha yaxşı nəzarət edəcəyik”. Ziya SƏCCADBAKU.WS

Son xəbərlər