Kemal Sunalın illər əvvəl çəkilən filmi reallığa çevrildi - VİDEO

Kemal Sunalın illər əvvəl çəkilən filmi reallığa çevrildi - VİDEO
Video
Siyasət 1069

Türkiyə kinosunda adını qızıl hərflərlə yazan, məşhur "Yeşilçam"ın mərhum aktyoru Kemal Sunalın illər əvvəl çəkilən "Yüz Numaralı Adam" filmi Türkiyədə baş verən güclü zəlzələdən sonra yenidən gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, filmdə "Şaban" obrazını canlandıran aktyor sadəlövhlüyünə görə girdiyi heç bir işdə uğur qazana bilmir. Daha sonra reklam şirkətində çalışan Oya adlı xanım şirkətin məhsullarını tanıtmaq üçün xalqın bir nümayəndəsindən istifadə etməyi düşünür. Bir gün qatarda Şabanla tanış olur və onu reklamlarda çəkilməyə razı salır.

Ancaq bir müddət sonra Şaban çəkildiyi filmlərdə şirkətlərin saxtakarlığını hiss edir və işdən çıxmaq qərarına gəlir.

Filmdə diqqə çəkən məqam isə, tikinti şirkətinin inşa etdiyi binanın çökməsidir. Keyfiyyətsiz materiallarla tikilən binanın çökməsi nəticəsində insanlar xəsarət alır.

Türkiyədə baş verən zəlzələdən dağılan binaların da keyfiyyətsiz materiallarla, məsuliyyətsiz şəkildə tikildiyi qeyd edilir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində ölənlərin sayı 17 674 nəfərə çatıb. 72 879 nəfər isə yaralanıb.

Son xəbərlər