Kavelaşvili Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
"Gürcüstan və Azərbaycan arasında dostluq və sıx əməkdaşlıq modeli nümunədir, çünki o, etimada, qarşılıqlı hörmətə, bərabərliyə və ölkələrin milli maraqlarının nəzərə alınmasına əsaslanıb".
BAKU.WS xəbər verir ki, bunu Gürcütan Prezidenti Mixail Kavelaşvili sosial şəbəkə hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən bəhs edərək yazıb.
"Biz ölkələr arasında dostluq, tərəfdaşlıq və iqtisadi münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi perspektivlərini müzakirə etdik. Görüşdə mən bir daha Azərbaycan tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür etdim. Mən həmçinin qeyd etdim ki, Gürcüstan Cənubi Qafqazda uzunmüddətli, davamlı sülh və sabitliyin təsis edilməsində sadiqdir", - deyə o bildirib.
Oxşar xəbərlər
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxı...