Kasım-Jomart Tokayev: "Türk Dünyası Həftəsi"nin keçirilməsi təşəbbüsünə görə İlham Əliyevə təşəkkür edirəm
İlk Türkoloji qurultayda irəli sürülən ideyalar bu gün də öz aktuallığını itirməyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
O qeyd edib ki, belə mürəkkəb və dəyişkən dövrdə ortaq mənəvi irsin qorunması və hərtərəfli araşdırılması xüsusi əhəmiyyət kəsb edir:
"Buna görə də alimlər arasında əməkdaşlığın gücləndirilməsi, mədəni-humanitar tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi vacibdir. Şübhəsiz ki, bugünkü forum da məhz bu məqsədlə təşkil edilib".
Qazaxıstan Prezidenti vurğulayıb ki, Azərbaycanın türk dünyasında tutduğu yer xüsusidir:
"Bu gün Siz bu şərəfli missiyanı layiqincə davam etdirərək qardaş ölkələr arasında əməkdaşlığın inkişafına fəal töhfə verirsiniz. Bu münasibətlə, mötəbər toplantının keçirilməsinə təşəbbüs göstərən Prezident İlham Heydər oğlu Əliyevə və Azərbaycan xalqına səmimi minnətdarlığımı bildirirəm".
Oxşar xəbərlər
Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib. BAKU.WS komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Şirvan şəhə...