Jirinovski NATO qırıcılarının vurulmasını istədi - VİDEO
14
avq
2019
09:59
Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski NATO-ya məxsus döyüş təyyarələrinin vurulması təşəbbüsü ilə çıxış edib. BAKU.WS xəbər verir ki, LDP liderinin bu açıqlaması müdafiə naziri Sergey Şoyqunun təyyarəsinin Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus "F-18" qırıcıları tərəfindən təqib olunmasıdır.Vladimir Jirinovski Telegram səhifəsində qeyd edib ki, Rusiyanın birinci şəxslərini daşıyan təyyarələrə yaxınlaşan istənilən xarici obyektlər vurulmalıdır: "Biz böyük rəhbərlərimizi risk altına qoya bilmərik. Onlar bir dəfə vurulsa, daha heç vaxt bizim təyyarəyə yaxınlaşmayacaqlar”.Qeyd edək ki, dünən Sergey Şoyqu Kalininqraddan Moskvaya qayıdarkən onun təyyarəsinə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus qırıcılar yaxınlaşıb. Nazirin təyyarəsini müşaiyət edən "SU-27"lərin müdaxiləsi nəticəsində Britaniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar uzaqlaşıblar.
Oxşar xəbərlər
Rusiyanın müdafiə naziri: “Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq”
“Mən İsrailin müdafiə naziri Aviqdor Libermanı məlumatlandıraraq, bildirdim ki, bunu cavabsız qoymayacağıq və uyğun addım atacağıq”.Bunu Rusiyanın müdafiə nazir...