Jirinovskidən ŞOK BƏYANAT: "Azərbaycan Rusiyaya birləşdirilməlidir"
02
fev
2018
13:15
“Qarabağ problemi artıq 30 ilə yaxındır ki, öz həllini tapmır. Bu münaqişənin həllinin yalnız bir yolu var – milli sərhədləri qoruyaraq Rusiya Federasiyasının tərkibinə qatılmaq”.BAKU.WS-in məlumatına görə, bunu Rusiya Liberal Demkrat Partiyasının lideri Vladimir Jirinovski deyib.“Söhbət keçmiş SSRİ ölkələrindən gedir. Ermənistan və Azərbaycan Rusiyanın tərkibinə qatılmalıdır. Əlbəttə ki, bu, könüllü olmalıdır, referendumla həyata keçirilməlidir. Yalnız belə olan halda münaqişə öz həllini tapa bilər. Çünki bütün torpaqlar ümumi olacaq, hamımızın olacaq”, - deyə Jirinovski bildirib.Qeyd edək ki, Vladimir Jirinovski daha əvvəl də belə bəyanat verib. Bəzi politoloqların fikrincə, Jirinovski əslində Vladimir Putinin açıq şəkildə deyə bilmədiklərini deyir.BAKU.WS
Oxşar xəbərlər
Jirinovski: Azərbaycan Rusiyanın tərkibinə daxil edilməlidir
Azərbaycanlılar və ermənilər arasında yaşanan Dağlıq Qarabağ münaqişəsi ərəblərlə yəhudilərin Qüds uğrunda mübahisəsini xatırladır. Onlar özləri bu münaqişəni h...