İtkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşması üçün Ermənistana çağırış edilib
İtkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşması üçün Ermənistana çağırış edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.
O qeyd edib ki, bu məlumatlar qorunmalı, gecikmədən açıqlanmalı və bütün fəal kanallara ötürülməlidir:
"Biz bir daha Ermənistanı itkin düşmüş minlərlə azərbaycanlının, o cümlədən dəfn yerləri haqqında məlumatların taleyi və harada olduqları barədə dəqiq məlumatları paylaşmağa çağırırıq".
Oxşar xəbərlər
Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir
İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin sa...