IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"
Azərbaycanın regionlar və bazarlar arasında əlaqələndirici halqa kimi artan rolu ölkəni ticarət, investisiyalar və regional inteqrasiyanın inkişafına həsr olunmuş forumun keçirilməsi üçün ideal məkana çevirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun prezidenti Məhəmməd Əl-Casir Bank Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində baş tutan 2026-cı il Özəl Sektor Forumunun açılış mərasimində bildirib.
"Hər şeydən əvvəl səmimi qonaqpərvərliyə, eləcə də İslam İnkişaf Bankının 2026-cı il illik toplantılarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin, bu biznes-forumun uğurla keçirilməsinə yönəlmiş əvəzsiz tərəfdaşlığa, sıx əməkdaşlığa və səylərə görə İqtisadiyyat Nazirliyinə təşəkkür edirəm.
Bu forum dialoqun konkret addımlara, ideyaların investisiyalara, tərəfdaşlıqların isə niyyətlərdən praktiki icraya çevrildiyi dinamik bir platformadır. Burada hökumətlər bazar iştirakçıları ilə, sahibkarlar maliyyəçilərlə görüşür, ambisiyalar isə reallaşmaq üçün real imkanlar qazanır", - o vurğulayıb.
Oxşar xəbərlər
Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir
Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir. BAKU.WS report-a istinadən xəbər verir k...