İsa Həbibbəyli: "Qızımın bir milyonu yox, çoxlu qızıl-zinət əşyaları oğurlanıb"

İsa Həbibbəyli: Qızımın bir milyonu yox, çoxlu qızıl-zinət əşyaları oğurlanıb
Siyasət 107

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi barədə məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, Manset.az məsələ ilə bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli ilə əlaqə saxlayıb. AMEA rəhbəri bildirib ki, yayılan məlumatlar həddindən artıq şişirdilib.

"Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən bir milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb. Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən bir milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın", - deyə İ.Həbibbəyli əlavə edib.

Son xəbərlər