İran XİN: "Azərbaycanla Ermənistan arasındakı saziş dayanıqlı sülhün təminində mühüm addımdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"İran İslam Respublikası Cənubi Qafqazdakı prosesləri diqqətlə izləyir, həm Azərbaycan, həm də Ermənistanla bu mövzuda təmasdadır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
Qeyd edilib ki, regionda sülh və sabitlik bütün ölkələrin maraqlarına uyğundur.
Nazirlik Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin yekunlaşmasını alqışlayaraq, bunu "dayanıqlı sülhün təminində mühüm addım" adlandırıb.
Bəyanatda, həmçinin, xüsusilə də iki ölkə ilə ortaq sərhədlər yaxınlığında baş verə biləcək hər hansı xarici müdaxilənin mənfi nəticələr doğura biləcəyi və bunun regionun sabitliyinə zərər vuracağı barədə narahatlıq ifadə olunub.
Bəyanatın sonunda qeyd olunub ki, İran Azərbaycan və Ermənistanla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı davam etdirməyə hazırdır. Bu əməkdaşlıq ikitərəfli və regional formatlarda, o cümlədən "3+3" mexanizmi çərçivəsində həyata keçirilə bilər.
Oxşar xəbərlər
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BƏƏ-nin Füceyrə əmirliyində14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. BAKU.WS xəbər ver...