İran və Azərbaycan arasında sərhəd məhdudiyyətlərinin aradan qaldırılması müzakirə edilir
İran və Azərbaycan arasında mövcud sərhəd məhdudiyyətlərinin aradan qaldırılması müzakirə edilir.
BAKU.WS "Azad İran"a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib.
O, İran və Azərbaycan arasında sərhəd məhdudiyyətlərinin aradan qaldırılması və vətəndaşların gediş-gəlişinin asanlaşdırılmasının gündəlikdə olduğunu deyib.
Səfir koronavirus pandemiyası dövründə Azərbaycan tərəfindən tətbiq edilən sərhəd məhdudiyyətləri səbəbindən İran və Azərbaycan vətəndaşları arasında quru yolu ilə səyahətin məhdudlaşdırıldığını qeyd edib.
Diplomat iki ölkə arasında səhiyyə, elmi, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi zərurətini vurğulayıb. İranın coğrafi və mədəni yaxınlığının bu əlaqələri möhkəmləndirdiyini söyləyən səfir, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli imkanların mövcud olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Müharibədə gərginlik artdı: Putindən təcili açıqlama
Rusiya hərbi rəhbərliyinin təqdim etdiyi son hesabatlara görə, Donetsk vilayətində yerləşən Pokrovsk şəhəri artıq Rusiyanın nəzarətindədir. Rusiya Prezidenti Vl...