İlqar Musayev: "COP29 ilə bağlı saxta xəbərlər yayılır"
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı saxta xəbərlər yayılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev bildirib.
Onun sözlərinə görə, bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması və yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi saxta məlumatlar olur: "Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb".
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, təbrik məktubunda deyil...