İlham Əliyevdən XRİTDX ilə bağlı FƏRMAN
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında əsasnamə təsdiq edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bundan başqa, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri təsdiq edilib.
Xidmətin rəsmi emblemi Xidmətin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında, inzibati binalarının Xidmətin adı göstərilən lövhələrində yerləşdirilə bilər.
Emblemin təsvirindən Xidmətin çap məhsullarında, kino, video, fotomateriallarında, Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında istifadəyə yol veriləcək.
Oxşar xəbərlər
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
Azərbaycan və Böyük Britaniya təhsil, elm, innovasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirəcəklər. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, s...