İlham Əliyevdən maaş artımı ilə bağlı SEVİNDİRİCİ FƏRMAN

Azərbaycanın dövlət büdcəsindən maliyyələşən bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılıb.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Həmin dövlət orqanları aşağıdakılardır:
- Müdafiə Nazirliyi;
- Daxili İşlər Nazirliyi;
- Fövqəladə Hallar Nazirliyi;
- Dövlət Sərhəd Xidməti;
- Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;
- Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;
- Dövlət Gömrük Komitəsi;
- Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
- Dövlət Təhlükəsizliyi Xidməti;
- Xarici Kəşfiyyat Xidməti;
- Dövlət Miqrasiya Xidməti;
- Prezidentin Təhlükəsizlik Xidməti;
- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
- Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
Oxşar xəbərlər
Kürdlərin İran-İsrail savaşında mövqeləri və pərdəarxası məqamlar
İsrailin İranın nüvə və hərbi infrastrukturuna qarşı həyata keçirdiyi "Yüksələn şir" əməliyyatı Yaxın Şərqdə onsuz da kövrək olan güc balansını daha da sarsıdıb...
