İlham Əliyev Si Cinpinə başsağlığı verib
25
may
2026
19:46
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".
Oxşar xəbərlər
Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Azərbaycan Respubli...