İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi
Video
Siyasət 156

Prezidenti İlham Əliyevin Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə söhbəti zamanı duyğulu anlar yaşanıb.

"Xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma. Bilirsiniz, bu nədir?!", - söyləyən İlham Əliyev fikirlərini səsləndirdiyi zaman kövrəlib.

Daha sonra bildirib:

"Xalqımız böyük xalqdır. Biz haqlı olaraq xalqımızla fəxr edirik, sizinlə fəxr edirik. Otuz il əzab-əziyyət içində - çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında yaşamısınız, amma inamınızı, iradənizi itirməmisiniz, belə oğullar yetişdirmisiniz. Onlar Bakıda, Bərdədə, Sumqayıtda yaşayıblar, bu bölgələri heç vaxt görməyiblər, amma gəliblər. Çünki torpaq çəkir. Onlarda vətənpərvərlik hissini sizin kimi analar, müəllimlər, məktəb və ailə formalaşdırıb. Bizi saxlayan bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsil yetişdirən ailə və məktəb olub".

Son xəbərlər