Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib

İyulun 22-də Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.
Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Sonra bir qrup media nümayəndəsinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunmuş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı təqdim edilib.
Daha sonra milli mətbuatın 150 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qalereya
***19:31
Bir sıra media nümayəndələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş Azərbaycan Milli Mətbuatının 150 ilik yubiley medalı ilə təltif ediliblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yubiley tədbirində medala layiq görülən bəzi media nümayəndələrinin adları məlum olub.
Tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, 150 illik medal media nümayəndələrinin hamısı üçün nəzərdə tutulub və onlara təqdim ediləcək.
Tədbirdə ilkin olaraq medallar Roza Tağıyeva, Dağbəyi İsmayılova, Cahangir Məmmədliyə, Mirşahin Ağayevə, Flora Xəlilzadəyə, Vasif Quliyevə, Rəhilə Hüseynovaya, Qulu Məhərrəmliyə, Vüsalə Mahirqızına, Müsəllim Həsənova, Bəxtiyar Qaracaya təqdim edilib.
***19:29
İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.
BAKU.WS xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.
Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Qeyd edək ki, Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi "Baykar" şirkəti ilə "Logistika Dəstəyi və Satış Müqaviləsi" imzalayıb
"IDEF2025" sərgisi çərçivəsində Türkiyənin "Baykar" Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında "Logistika Dəstəyi və Satış Müqaviləsi" i...