Hesablarına blok qoyulan Həbib Nurməhəmmədov həbs oluna bilər? - YENİLƏNİB
Rusiyada bütün hesabları bloklanan Həbib Nurməhəmmədova qarşı cinayət işi açıla bilər.
BAKU.WS xəbər verir ki, bunu "Nevs.ru"ya müsahibəsində vəkil Sergey Jorin bildeyib.
Ekspert qeyd edib ki, İstintaq Komitəsi vergidən yayınma əlamətləri aşkar edərsə, belə bir hal mümkündür.
"Əgər hərəkətlərdə cinayət tərkibi varsa, cinayət işi açılacaq və araşdırılacaq. Vergi ittihamı ilə üzləşən məşhurların başına gələnləri görürük. Həbs-qətimkan tədbiri seçilir, kimsə ev dustaqlığına buraxılır, kimsə həbs edilir”, - Jorin qeyd edib.
Vəkil vurğulayıb ki, Nurməhəmmədovun tərəfi də hesabların bloklanmasından şikayət verə bilər.
*** 12:30
Rusiyanın vergi orqanları Həbib Nurməhəmmədovun hesablarına 297 milyon rubl borcuna görə həbs qoyub.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Qeyd olunub ki, daha əvvəl Federal Vergi Xidməti H.Nurməhəmmədova məxsus bir neçə şirkəti bağlayıb.
Oxşar xəbərlər
“Forbes”: Vahid Ələkbərov dividend gəlirlərinə görə ən varlı rusiyalıların siyahısında birincidir
“Forbes” 2023-cü il üçün alınan dividendlər əsasında 50 ən zəngin rusiyalının ikinci illik reytinqini dərc edib. “Report” xəbər verir ki, siyahıya Azərbaycan əs...