Haber Global"ın Azərbaycanın Silahlı Qüvvələr Günü ilə bağlı süjeti: "Onlar dastan yazdılar"

Haber Globalın Azərbaycanın Silahlı Qüvvələr Günü ilə bağlı süjeti: Onlar dastan yazdılar
Video
Siyasət 6

"Müzəffər Azərbaycan Ordusu bu gün yaranmasının 108-ci ildönümünü qeyd edir.

2020-ci ildə Qarabağ Zəfəri ilə gücünü bütün dünyaya göstərən və öz torpaqlarını erməni işğalından azad edən Azərbaycan əsgərlərinin yazdığı dastan ölkəmizin, azərbaycanlıların, dostlarımızın qəlbini qürur hissi ilə doldurur".

BAKU.WS xəbər verir ki, bu sözlər "Haber Global" "YouTube" kanalının Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı hazırladığı videosüjetdə deyilir.

"Onlar dastan yazdılar. Azərbaycanın qəhrəman əsgərləri Qarabağda Zəfərə gedən yolu qarış-qarış hazırladılar.

28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycanda Osmanlı zabitlərinin də töhfələri ilə qurulan ordu bu gün bölgənin ən güclüləri sırasında yer alır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində qüdrətini göstərən Azərbaycan Ordusu o vaxtdan bəri quruluş ildönümünü torpaqlarını işğaldan azad etməyin və Zəfərin qüruru ilə qeyd edir", - deyə materialda bildirilib.

"Azərbaycan Ordusunun Türkiyə ilə əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Dost və qardaş iki ölkə hərbi təlim, birgə təlimlər və müdafiə sənayesi sahəsində çoxşaxəli tərəfdaşlıq həyata keçirirlər", - deyə süjetdə diqqətə çatdırılıb.

Daha ətraflı videosüjetdə:

Son xəbərlər