"Haber Global": İlham Əliyev Mahmud Abbası təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin elan olunmasının 37-ci ildönümü münasibətilə Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
Bu barədə "Haber Global"ın reportajında deyilir.
Qeyd olunub ki, İlham Əliyev məktubunda M.Abbası və Fələstin xalqını həm öz, həm də Azərbaycan xalqı adından təbrik edib.
Məktubda bildirilib: "Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik. İnanıram ki, Azərbaycan ilə Fələstin arasında xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələri və əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcəkdir".
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...