"Haber Global" Bakıda keçirilən Türk Dünyası Həftəsi barədə süjet hazırlayıb
"Haber Global" telekanalı Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin başlaması ilə əlaqədar süjet hazırlayıb.
BAKU.WS xəbər verir ki, materialda qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarına müraciət ünvanlayıb. O, məktubunda bir daha türk dövlətləri arasında əməkdaşlığın artırılmasının vacibliyini qeyd edib. Qardaş ölkənin rəhbəri həmçinin 1926-cı ildə keçirilən və türk dünyasının elmi tarixində dönüş nöqtəsi hesab edilən Bakıda keçirilən Birinci Türkologiya Qurultayının əhəmiyyətinə toxunub.
Ərdoğan qurultayda iştirak edən ziyalıların məsləhətləşmələri və qərarları ilə qətiyyətli iradə və uzaqgörənlik nümayiş etdirdiklərini vurğulayıb.
Ərdoğan həmçinin Azərbaycanın bu gün də türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verməyə davam etdiyini bildirib.
Oxşar xəbərlər
Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşacaq
Azərbaycanın Xankəndi ilə Rumıniyanın Baia Mare şəhərləri qardaşlaşacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı razılaşma Rumıniyada səfərdə o...