"Haber Global"a danışan Cihat Yaycı: "Rəcəb Tayyip Ərdoğan onlardan hesabat tələb edəcək"

Haber Globala danışan  Cihat Yaycı: Rəcəb Tayyip Ərdoğan onlardan hesabat tələb edəcək
Siyasət 39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Asiya türk dövlətlərinin yunan Kiprinə səfir təyin etməsindən vaxtında xəbərdar olmayanlardan hesabat tələb edəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global"ın sujetində İstanbul Topkapı Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında dosenti Cihat Yaycı danışıb.

O bildirib ki, bəzi qüvvələrin Mərkəzi Asiya dövlətlərinin bu addımının önəmli məsələ olmadığı, Türkiyənin siyasətinə heç bir təsir göstərməyəcəyi barədə fikirlər səsləndirməsi onların həqiqəti gizlətmə cəhdi və ya mövzudan məlumatsız olmaları ilə bağlıdır:

"Bu qərara imza atan beş dövlətin dördü Türk Dövlətləri Təşkilatının (TDT) üzvüdür, Tacikistan isə türkəsilli insanların çoxluq təşkil etdiyi, normal münasibətlərimizin olduğu bir ölkədir. Bu beş dövlət SSRİ dağıldıqdan sonra müstəqillik əldə etdilər. 35 il ərzində Cənubi Kiprə səfir təyin etməyiblər, yəni dolayı yolla həmin idarəçiliyi tanımayıblar".

Ekspert hesab edir ki, hazırda atılmış addım isə 35 illik türk xarici siyasətində böyük bir etibar itkisidir:

"Maraqlıdır, həmin dövlətlər niyə 35 il sonra belə bir sənədə imza atdılar? Xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğan, "Şimali Kipr Türk Respublikası tanınacaq",- dedikdən, bu ölkənin TDT-də müşahidəçi statuslu üzv qəbul olunduqdan sonra belə addımın atılması çoxlu suallar doğurur. Tarix bunun hesabını soruşacaq. Bu parçalanmaya səbəb olanlardan Prezident Ərdoğan, "Mənim sözümü necə yerə saldınız?",- deyə hesabat tələb edəcək. Həmçinin məsələdən vaxtında xəbərdar olmayan və onun qarşısını almayan aidiyyəti qurumlardan izahat istəyəcək".

Akademik Mərkəzi Asiya dövlətləriAvropa İttifaqı ilə imzaladıqları sazişdə BMT Təhlükəsizlik Şurasının Kipr məsələsi ilə bağlı 541 və 550 saylı qərarlarına sadiqlik ifadə ediblər:

"Həmin sənədlərdə yazılır ki, Cənubi Kipr idarəçiliyi Kipr Respublikasıdır, Şimali Kipr Türk Respublikası mövcud deyil, həmin ərazi işğal edilib və işğalçı dövlət Türkiyədir".

Mütəxəssis qeyd edib ki, Türkiyənin xarici siyasəti belə böyük miqyasda yaranı tarixboyu almayıb:

"Türk xarici siyasətinin bir nömrəli məsələsi Kipr olub. Digər məsələlərin hamısı Kiprdən sonra gəlib. Bəs, görəsən, bundan sonra TDT-nin mövqeyi nə olacaq? Çünki əvvəldə də bildirdiyim kimi, Şimali Kipr orada müşahidəçi ölkə statusundadır. Türkiyə bundan sonra nə reaksiya göstərəcək? Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinə 12 milyard avronu Orta Dəhlizin inşası üçün verir. Türmənistan, Qazaxıstan kimi ölkələr həmin pula möhtac deyil. Bu dövlətlər vətəndaşları çörəyə möhtac olduqları dövrdə də belə addımı atmayıblar. Yəni pul məsələsi deyil. Sadəcə Yunanıstan və yunan Kipri lobbiləri hesabına Aİ və ABŞ-dən istifadə edirlər".

Son xəbərlər