"Qarabağ" daha bir futbolçusunu "Flamenqo"ya 6 milyona sata bilər

Qarabağ daha bir futbolçusunu Flamenqoya 6 milyona sata bilər
Foto
İdman 12

Ağdamın "Qarabağ" klubu braziliyalı müdafiəçisi Mateus Silva ilə bağlı maraqlı transfer xəbəri ilə gündəmə gəlib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Braziliyanın "Flamenqo" klubu 28 yaşlı sağ kənar müdafiəçini heyətinə qatmaq istəyir.

Rio-de-Janeyro təmsilçisi Mateus Silva üçün 6 milyon avrodan keçməyə hazırdır. "Flamenqo" Avrokuboklarda çıxış edən oyunçularla heyətini gücləndirmək məqsədini güdür. Bu strategiya çərçivəsində Madridin "Atletiko" klubunun fransalı hücumçusu Antuan Qrizman da "Flamenqo"nun əsas hədəflərindən biri sayılır.

Mateus Silvanın braziliyalı olması və "Qarabağ"dakı çıxışları, xüsusən Çempionlar Liqasında göstərdiyi performans, Rio-de-Janeyro klubunun skautlarının diqqətini çəkib. "Flamenqo" eyni zamanda keçidi asanlaşdırmaq üçün "Qarabağ"a braziliyalı hücumçu Juninyonu təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Mateus Silva 2023-cü ildə Bolqarıstanın "Lokomotiv" Plovdiv klubundan 500 min avro qarşılığında "Qarabağ"a transfer olunmuşdu və onun hazırkı bazar qiyməti 900 min avrodur.

Bu transferin yaxın günlərdə rəsmi elan edilməsi gözlənilir və Mateus Silvanın Avropada qazandığı təcrübə onun yeni komandasında da əsas oyunçu kimi çıxış etməsi üçün ümidlər yaradır.

Son xəbərlər