Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, TDT Baş katibinin müavini Merey Mukajan, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri Murad Nəcəfbəyli, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorunun müavini Gülşən Rzayeva iştirak edir.
Toplantının yekunu olaraq bəyannamə qəbul ediləcək.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Balta dərəsi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "XX əsrdə ləğv edilən Blata dərəsi yurdu" adlı süjet haz...