"Aristokrat" klinikasında qanunsuz stomatoloji tibb fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Bir neçə gün əvvəl "Aristokrat" Tibb Mərkəzində qanunsuz stomatoloji tibb fəaliyyəti ilə bağlı videomaterial təqdim edilib.
Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Baku TV-nin sorğusuna cavab verib:
"Aristokrat" Tibb Mərkəzində qanunsuz stomatoloji tibb fəaliyyəti ilə bağlı müraciətinizə cavab olaraq bildirilir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR-in Qanununun 16-cı maddəsinə əsasən, AEM tərəfindən aidiyyəti özəl tibb müəssisəsində 2 dekabr 2025-ci il tarixində plandankənar (növbədənkənar) yoxlama keçirilib.
Xidməti yoxlama zamanı aşkar edilmiş nöqsanlar rəsmiləşdirilib, hüquqi və fiziki şəxslərin barəsində inzibati tənbeh tədbiri seçilərək, sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına görə (Araz Məmmədzadə) hüquqi şəxsə ("Aristokrat Tibb Mərkəzi" MMC-yə) inzibati xətalar məcəlləsinin 215.4 maddəsi ilə, sertifikasiya şəhadətnaməsi olmadan "stomatoloji" praktik tibb fəaliyyəti ilə məşğul olan fiziki şəxsə (Araz Məmmədzadəyə) İnzibati Xətalar Məcəlləsinin 215.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Tərtib olunmuş protokollar yoxlama materialları ilə birlikdə növbəti icraata göndərilib.
Əlavə olaraq bildirilir ki, müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş işçi heyətinin rəsmi siyahısına əsasən, Sadiq Şükürovun adına rast gəlinməyib, uyğun olaraq da stomatoloji otaqlara baxış keçirilən zaman yuxarıda adı qeyd edilən şəxsin yoxlama müddətində praktik tibb fəaliyyətləri ilə məşğul olması müşahidə edilməyib.
AEM vətəndaşlara müraciət edərək xatırladır ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında rast gəlinən qanunsuz fəaliyyət, şikayət və ya pozuntular barədə aşağıdakı vasitələrlə məlumat verə bilərlər".
Həmin videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Polis bölgələrdə erkən nikahla bağlı hərəkətə keçdi
Polis əməkdaşları tərəfindən əhali arasında hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə erkən nikahın fəsadları və məişət zorakılığına qarşı mübarizə möv...