İraqın rabitə naziri ikitərəfli sazişləri müzakirə etmək üçün Azərbaycana gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
İraqın rabitə naziri, İraq-Azərbaycan birgə komissiyasının sədri Xəyyam Əl-Yəsri iki ölkə arasında imzalanmış sazişlərin və anlaşma memorandumlarının həyata keçirilməsinin gedişini müzakirə etmək üçün Azərbaycana rəsmi səfərə gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, səfər iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, həmçinin rabitə və rəqəmsal inkişaf sahəsində əməkdaşlığın yeni imkanlarının öyrənilməsinə yönəlib.
İraqın Rabitə Nazirliyindən bildirilib ki, Əl-Yəsrinin səfəri Bağdadın Azərbaycanla iqtisadi və texnoloji tərəqqiyə töhfə verən birgə təşəbbüsləri təşviq etmək niyyətini nümayiş etdirir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...