Gürcüstanın səhiyyə naziri istefa verdi
09
dek
2021
20:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze istefa verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi xüsusi brifinqdə deyib.
E.Tikaradze tibb sektorunda çalışanlara əməkdaşlığa görə minnətdarlığını bildirib və nazirliyə rəhbərlik etdiyi dövrdə əldə olunmuş nailiyyətlərdən danışıb.
Qeyd edək ki, E.Tikaradze nazir vəzifəsini 2019-cu ilin iyunundan tutub.
Oxşar xəbərlər
Mixeil Saakaşvili hərbi hospitala köçürülməsinə razılıq verdi
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Tbilisidəki Qldani həbsxanasının klinikasından Qori şəhərindəki hərbi hospitala köçürülməsinə etiraz etmir. BAKU.WS...