Gürcüstan DİN: “Gürcüstandan Ermənistana gedən internet kabellərini kəsiblər”
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Kvemo Kartli, Marneuli və Dmanisidə naməlum şəxslərin Ermənistana və eyni zamanda yerli əhaliyə internet çıxışını təmin edən fiber optik kabelləri kəsdiyini açıqlayıb.
Nazirlikdən bildirilib ki, Kvemo Kartli Polis İdarəsi Dmanisi və Marneuli rayonlarında “beynəlxalq əhəmiyyətli fiber optik kabellərin zədələnməsi ilə bağlı istintaq” başlanıb.
Hazırda problemin həll edildiyi qeyd olunur.
Bildirilir ki, kəsilən kabellər Qara dənizdən çıxaraq Avropa və Asiyanı birləşdirən, Poti-Tbilisi-Bolnisi-Dmanisi-Ermənistan istiqamətinə keçən beynəlxalq əhəmiyyətli fiber optik kabellər olub.
Gürcüstan DİN faktla bağlı araşdırma aparır.
Oxşar xəbərlər
Ermənistanın təxribatları dünya mediasında işıqlandırılmağa davam edir
1 oktyabr tarixində BBC World Radionun “Newsday” proqramında səfir Elin Süleymanovun müsahibəsi baş tutub. Azərbaycanın ABŞ-dakı Səfirliyindən BAKU.WS-ə verilən...