Günün Yekunu - 27 aprel 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Azərbaycanın Xalq artisti Arif Quliyevin koronavirusdan vəfat etdiyi barədə məlumatlar yayılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117558
Azərbaycanda həyata keçirilən vaksinasiya prosesinin təsiri məhdudiyyətlərin sadəcə ictimai nəqliyyatlarla kifayətlənməsində, artan rəqəmlərin isə bir aydan çoxdur stabilləşməsində görünür. Hələlik vaksin olunanlarla bağlı 4 aylıq müddətdə 14 faizlik nəticə əldə olunub. Bu hədəfin yayın sonuna kimi 80 faizə çatdırılacağı gözlənilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117559
Əməkdar artist Baloğlan Əşrəfov son mənzilə yola salınıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/117560
Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/117563
Xəzər rayonunda dələduzluq edən makler Azər Cəbrayılov həbs edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/117566
Küləkli hava şəraitində küləyin sürətindən asılı olaraq açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülməlidir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/117571
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkar edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117573
Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117575
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117581
Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117599
Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak ediblər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117603
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/117608
Prezident İlham Əliyev Zəngilanın birinci, ikinci, üçüncü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117618
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117619
"Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilibdir. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcək. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117617
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...