Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçumuzun nəşi tapılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, döyüşlərin ilk günlərindən itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
Şəhidin nəşi Cəlilabad rayonunun Mollalı kəndinə gətiriləcək və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ə.Musayev iyunun 16-da 1999-cu ildə Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərində onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.
Oxşar xəbərlər
Qubadlı və Laçın uğrunda döyüşlərin qəhrəmanına çevrilən şəhidimiz - FOTO
Qırx dörd günlük Vətən Müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Cəfərov Araz Səmədağa oğludur. BAKU.WS xəbər verir ki, Araz Cəfərov 1993-cü...