Günün Yekunu - 25 yanvar 2021

Günün Yekunu - 25 yanvar 2021
Siyasət 162

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərar bu gündən qüvvəyə minib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109680

Günün Yekunu - 25 yanvar 2021

Toy, əyləncə və şənlik məclislərinin keçirilməsinə qoyulan qadağanın davam etməsi ölkədə böyük bir kütlənin çətinliklə üzləşməsi ilə nəticələnib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109692

Günün Yekunu - 25 yanvar 2021

Türkiyəyə məxsus "Mozart" gəmisinə dəniz quldurlarının hücumu nəticəsində Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun öldürülmə anının görüntüsü yayılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/109702

Günün Yekunu - 25 yanvar 2021

Azərbaycanda vaksinasiya prosesinə start verilib. Həm rəsmi, həm də digər şəxslərə vaksin vurulmasına başlanılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109703

Günün Yekunu - 25 yanvar 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109704

Günün Yekunu - 25 yanvar 2021

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109720

Günün Yekunu - 25 yanvar 2021

“Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi, demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109732

Günün Yekunu - 25 yanvar 2021

Uzun müddət Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Nəzərov Cəlil Oruc oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılma görüntüləri yayılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/109731

Günün Yekunu - 25 yanvar 2021

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti dəfə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti vəzifəsinə seçilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/109734

Günün Yekunu - 25 yanvar 2021

Oxşar xəbərlər

Son xəbərlər