“Günün Yekunu” - 10 oktyabr 2019

“Günün Yekunu” - 10 oktyabr 2019
Siyasət 4
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, Balakəndə qanunsuz ət kəsimi ilə məşğul olan “Leş Elgün” ləqəbli qəssab saxlanılıb.BAKU.WS APA-ya istinadla verir ki, Balakən rayon Polis Şöbəsinə Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan və rayonda “Leş Elgün” kimi tanınan 33 yaşlı Çonpuzov Elgün Zeynəddin oğlunun mənşəyi məlum olmayan ət kəsimi ilə məşğul olması barədə məlumat daxil olub.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71611
“Günün Yekunu” - 10 oktyabr 2019
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Sülh bulağı” antiterror əməliyyatı davam edir.BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, gecə saatlarında keçirilən əməliyyatlarda daha 49 terrorçu zərərsizləşdirilib.Bununla da, 3 gün ərzində məhv edilən terrorçu sayı 277-yə çatıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/71616
“Günün Yekunu” - 10 oktyabr 2019
Bu gün Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.BAKU.WS “demokrat.az”a istinadən xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də, Fuad Qəhrəmanlı və vəkili ümumiyyətlə prosesə qatılmayıb. Oktyabrın 17-si saat 15:00-a təxirə salınan növbəti məhkəmədə F.Qəhrəmanlının qızı Sənay Yağmurun ifadə verməsi gözlənilir.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71623
“Günün Yekunu” - 10 oktyabr 2019
İran yığması 2022-ci il Dünya Çempionatının seçmə mərhələsində Kamboca millisi ilə qarşılaşıb.BAKU.WS xəbər verir ki, Tehranın "Azadi" stadionunda baş tutan qarşılaşmanı 40 ildən sonra xanım azarkeşlər də canlı izləyə bilib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/71627
“Günün Yekunu” - 10 oktyabr 2019
Oktyabrın 10-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.BAKU.WS xəbər verir ki, Fransa Prezidenti onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan Respublikası Prezidentindən xahiş edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71628
“Günün Yekunu” - 10 oktyabr 2019
Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/71639
“Günün Yekunu” - 10 oktyabr 2019
“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir”.BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71647
“Günün Yekunu” - 10 oktyabr 2019
9 oktyabr səhər saat 07 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisində, 21-ci kilometrliyində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.Baş Dövlət Yol Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, BMW markalı, 90 DH 530 dövlət nömrə nişanlı avtomobillə Solmaz Abdullayeva vurulub.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71643
“Günün Yekunu” - 10 oktyabr 2019
Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kompleks mübarizə tədbirləri davam edir.DTX-nin İctimai əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71659
“Günün Yekunu” - 10 oktyabr 2019

Oxşar xəbərlər

“Sülh bulağı” əməliyyatında üçüncü gün - Öldürülən terrorçu sayı açıqlandı

“Sülh bulağı” əməliyyatında üçüncü gün - Öldürülən terrorçu sayı açıqlandı

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Sülh bulağı” antiterror əməliyyatı davam edir.BAKU.WS CNN Türk-ə istinadən xəbər verir...

674 Siyasət 09:35 11 oktyabr 2019

Son xəbərlər