SİZİN REKLAM BURADA!
055 213 76 73


9 oktyabr səhər saat 07 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisində, 21-ci kilometrliyində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, BMW markalı, 90 DH 530 dövlət nömrə nişanlı avtomobillə Solmaz Abdullayeva vurulub.

Avtomobili idarə edən A.Ağayev sabiq polis əməkdaşıdır. Hazırda həmin şəxs təqaüddədir.

***13:45

Oktyabrın 9-da saat 7 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, yol qəzası nəticəsində dünyasını dəyişən Solmaz Abdullayevanın yaxınları sosial şəbəkələrdə hadisənin polis tərəfindən törədildiyi barədə məlumat yayıblar.

Rauf Xankisiyev adlı “facebook” istifadəçisi profilində yazıb ki, qəzanı törədən sürücü Muşfiqabad qəsəbə Dövlət Yol Polis postunda çalışır. O, polis kapitanıdır və yolda təyin edilmiş sürəti aşıb.

DYP əməkdaşı şəxsi maşını ilə 60 yazılan yerdən 100-lə keçərkən Solmazı vurub. Qız 10 metir hündürlüyə firlanıb və başı üstə düşüb.

Solmaz Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyat” fakultəsində təhsil alırdı.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA