Novxanıda ağır yol qəzası - 2 ölü

16
sen
2019
13:15
Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat ximətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 14-də saat 23 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şəmsi Talıbovun idarə etdiyi “Mercedes” və qarşıdan gələn N.Məmmədovanın idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub, sonuncu avtomobil Tərtər rayon sakini R.Həsənovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobilinə çırpılıb.Nəticədə Ş.Talıbov hadisə yerində, sərnişini olan Bərdə rayon sakini Vüsal Əmirov xəstəxanaya aparılarkən yolda ölüb, N.Məmmədova və 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
"Mercedes" yük maşınına çırpıldı, ölən və yaralanan var
Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 21-də saat 7 r...
