Salyanda iki avtomobil toqquşub: ölən var

12
avq
2019
12:56
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 10-da saat 16 radələrində Salyan rayonunun Noxudlu kəndi ərazisində Yardımlı rayon sakini C.Yarıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Sumqayıt şəhər sakini M.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobilə vurub.Nəticədə C.Yarıyev və sərnişini, oğlu Sadiq xəstəxanaya yerləşdirilib. Sadiq orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
DİN rəisin qardaşı oğlunun öldüyü qəza ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyini Bakıda ölümlə nəticələnmiş qəza ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatına görə, avqustun 2-də...
