Giorgi Marqvelaşvili Azərbaycan prezidentini Gürcüstana dəvət edib
08
noy
2017
22:39
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi Gürcüstana dəvət edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, nın yerli bürosunun məlumatına əsasən, Azərbaycan prezidenti ilə yanaşı Estoniya, Litva, Latviya, Polşa, Finlyandiya, Ukrayna, Ermənistan və Belarus prezidentlərinin də 26 may 2018-ci il tarixində Gürcüstanın müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunacaq tədbirlərdə iştirak edəcəyi gözlənilir.“Bu ölkələr müstəqilliklərini 1918-ci ildə bərpa ediblər. Biz bu tarixi günü bir yerdə qeyd etmək istəyirik. Gürcüstan prezidenti bu gün polşalı həmkarını bu tədbirlərdə iştiraka dəvət edib”,- deyə Gürcüstanın Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib. Qeyd edək ki, G.Marqvelaşvili Polşada səfərdədir. Səfər çərçivəsində o, polşalı həmkarı Andjey Duda ilə görüşüb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan, Gürcüstan və Türkiyə üçün TARİXİ GÜN
Tikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir.BAKU.WS report-a istin...