Azərbaycan, Gürcüstan və Türkiyə üçün TARİXİ GÜN

Azərbaycan, Gürcüstan və Türkiyə üçün TARİXİ GÜN
Şou-biznes 1490
Tikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir.BAKU.WS report-a istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.Xatırladaq ki, Azərbaycan üçün olduqca böyük əhəmiyyətə malik olan və ölkənin tranzit əhəmiyyətini artıracaq BTQ dəmir yolu xətti layihəsinin reallaşdırılması ilə bağlı ilk danışıqlar 1993-cü il iyulun 26-29-da Ankarada (Türkiyə) keçirilmiş Türkiyə-Gürcüstan Qarışıq Nəqliyyat Komissiyasının iclasında baş tutub. 2002-ci il iyulun 20-21-də isə İstanbulda (Türkiyə) iki ölkənin nəqliyyat nazirləri bununla bağlı protokol imzalayıb.2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər etmiş İ.Əliyev gürcü həmkarı Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında İ.Əliyev, M.Saakaşvili və Türkiyənin o vaxtkı prezidenti Əhməd Necdət Sezər BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıb. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycanın dövlət başçısının Gürcüstana işgüzar səfəri zamanı BTQ dəmir yolu xəttinin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Bütün bunların davamı kimi, həmin il fevralın 21-də İ.Əliyev yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Noyabrın 21-də Gürcüstanın Marabda stansiyasında dəmir yolunun Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib.Azərbaycan layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikintisini maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə qonşu ölkəyə illik 1%-lə, 25 illik müddətə 220 mln. ABŞ dolları kredit verilib.BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhəddindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel tikilib.Marşrutla ilk illərdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə, ilk illərdə dəmir yolu xəttində ildə 1 mln. insanın yararlanacağı deyilir. Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur.Bu il sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə dəmir yolu xəttinə ilkin baxış keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, yolda aparılan tikinti və son tamamlama işləri, onun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ dəmir yolu xəttinin açılışa hazırlığı ilə maraqlanıblar. Tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər.BAKU.WS

Son xəbərlər