Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib

Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib
Siyasət 64

Rusiyanın Kursk vilayətində irəliləməyə cəhd edən Ukrayna qoşunları azı 315 nəfər itki verib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə bildirib.

“Avqustun 6-da səhər saat 05:30-da Ukrayna Silahlı Qüvvələrinin 1 000 nəfərdən ibarət bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədi ilə hücuma keçib.

Qarşı tərəf azı 315 nəfər itki verib (azı 100 nəfər ölüb, 215-i yaralanıb), həmçinin 54 zirehli texnika, o cümlədən 7 tank itirib. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsinin qarşısı alınıb”, - o deyib.

Son xəbərlər