"Financial Times": Tayvan rəsmiləri ABŞ-də gizli danışıqlar aparıblar

Financial Times: Tayvan rəsmiləri ABŞ-də  gizli danışıqlar aparıblar
Siyasət 32

Tayvan administrasiyasının nümayəndələri ABŞ-də bir neçə ildir mövcud olan xüsusi ikitərəfli kanal vasitəsilə gizli danışıqlar aparıblar.

Bu barədə "Financial Times" (FT) məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ-nin ardıcıl administrasiyaları Tayvanla məxfi təmaslara görə Çinin tənqidindən yayınmaq üçün bu kanalı gizli saxlayıblar. Belə məxfi danışıqlar adətən Vaşinqtonərazisində baş tutub. çünki Tayvan administrasiyasının rəsmilərinin paytyaxt ərazisinə daxil olması qadağandır.

FT vurğulayır ki, Ağ Ev bu məsələyə şərh verməkdən imtina edib.

Keçmiş Pentaqonun rəsmisi Randy Shriverin sözlərinə görə, xüsusi kanal qeyri-rəsmi əlaqələrə görə təmaslara qoyulan məhdudiyyətlərə görə həmişə əhəmiyyətli olub.

Son xəbərlər