Fransa səfiri: Şuşada olmaqdan böyük sevinc hissi keçirirəm
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhərdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib.
Diplomat qeyd edib ki, bu, Şuşaya ilk səfəridir.
"Həqiqətən də, burada olmaqdan böyük sevinc hissi keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan üçün xüsusi yer tutur, çünki bu şəhər mədəniyyət və incəsənətin rəmzidir. Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur insanlar bəxş edib", - o vurğulayıb.
A.Buayon, həmçinin vurğulayıb ki, Azərbaycanın Qarabağ regionunda aparılan tikinti-bərpa işlərinin gedişinə heyran qalıb.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...