"Fitch" neft qiymətləri ilə bağlı proqnozu artırıb

Fitch neft qiymətləri ilə bağlı proqnozu artırıb
Siyasət 91

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2021-cil üçün neft qiymətləri üzrə proqnozlarını artırıb.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, proqnozun yaxşılaşdırılması bazarda dünya bazarında tələbatın gözləniləndən daha güclü bərpasını, eləcə də OPEC+ mexanizminin yeni dəstəkləyici hasilat siyasətini əks etdirir.

Belə ki, 2021-ci il üçün "Brent" markalı neftin 1 barelinin qiymət proqnozu 45 dollardan 58 dollara artırılıb. 2022-ci il üçün isə proqnoz 50 dollardan 53 dollaradək yüksəldilib.

Eyni zamanda, WTI markalı neftin qiyməti üzrə proqnozlar 2021-ci il üçün 42 dollardan 55 dollaradək, 2022-ci il üçün isə 47 dollardan 50 dollaradək artırılıb.

Oxşar xəbərlər

Son xəbərlər