"Fənərbağça" futbolçusuna ağır itki - FOTO
Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Umut Nayir körpəsini itirib.
BAKU.WS xəbər verir ki, kədərli xəbəri onun həyat yoldaşı Enfal Diner Nayir sosial şənəkə hesabında paylaşıb.
"Dünən həkim müayinəsinə getdiyimiz zaman 16 həftəlik körpəmizin ürəyinin dayandığını öyrəndik. Bu gün körpə qızımızla vidalaşdıq. Ümid edirik ki, bizə və dərdimizə hörmət edərək lazımi həssaslıq göstərəcəksiniz”.
Daha sonra "Fənərbağça" klubu sarı-göylü futbolçu Umut Nayirin körpəsinin vəfatı ilə bağlı başsağlığı verib.
Klubun internet saytında paylaşılan mesajda "Oyunçumuz Umut Nayir və onun dəyərli həyat yoldaşı Enfal Diner Nayirin 16 həftəlik körpəsinin vəfat xəbərini kədərlə öyrəndik. Oyunçumuza və ailəsinə başsağlığı veririk", - deyə qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Ərdoğan klub prezidenti tərəfindən döyülən hakimlə telefonla danışıb - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada olan futbol hakimi Halil Umut Melerlə telefonla danışıb. BAKU.WS xəbər verir ki, ölkə başçısı ədalət təmsilç...