"Fənərbağça" Dilan və Engin Polatın sponsorluğuna son qoydu - VİDEO

Fənərbağça Dilan və Engin Polatın sponsorluğuna son qoydu - VİDEO
Video
Siyasət 2

İstintaq altında olan və çirkli pulların yuyulması ilə bağlı saxlanılan Engin və Dilan Polat cütlüyü ilə bağlı yeni iddia gündəmə gəlib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

"Fənərbağça" voleybol klubları Dilan Polat və Engin Polatın sponsorluğuna son qoymaq üçün qanuni tədbirlərə başlayıb.

Məlumata görə, Dilan Polat "Fənərbağça" qadın voleybol klubu ilə "Tayt Arxası Sponsoru", Engin Polat da "Fənərbağça" kişi voleybol klubu "Forma Sponsoru" olmuşdu.

Qeyd edək ki, "Fənərbağça" Polat cütlüyü ilə 1 mövsümlük müqavilə imzalamışdı. Onlara qarşı irəli sürülən ittihamlardan sonra klub cütlüklə sponsorluq müqaviləsini ləğv etmək istəyib.

Məsələ ilə bağlı klubun rəsmi açıqlama verəcəyi gözlənilir.

Son xəbərlər