Dağıntılar altından sağ çıxarılan və iki ayağını itirən 12 yaşlı uşaq vəfat etdi - FOTO/VİDEO
Adıyamanda zəlzələnin 62-ci saatında dağıntılar altından çıxarılan və iki ayağını itirən 12 yaşlı Cihan Emir Parlak vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Galatasaray" Futbol Klubu rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Klubun paylaşımda, "Zəlzələdə dağıntılar altından sağ çıxarılan və Galatasaray sevgisi ilə bizi isidən Cihan Emir Parlakın vəfat ediyini çox kədərli şəkildə öyrəndik. Gənc azarkeşimizə Allahdan rəhmət, sevənlərinə başsağlığı diləyirik. Səni hər zaman o gülümsəyən simanla xatıarlacağıq, Cihan", - deyə qeyd edilib.
Cihan Emir Parlak "Galatasaray"ın "Fenerbahçe" Futbol Klubu ilə olan yarışına qatılacağını bildirmişdi.
Qalereya
Oxşar xəbərlər
Fatih Terimin imzalı formasını “Fenerbahçe” rəsmisi satın aldı
Türkiyənin “Galatasaray” klubunun əfsanəvi baş məşqçisi Fatih Terimin imzalı formasını “Fenerbahçe” rəsmisi satın alıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəb...