Fatih Terimin imzalı formasını “Fenerbahçe” rəsmisi satın aldı
28
fev
2023
13:52
Türkiyənin “Galatasaray” klubunun əfsanəvi baş məşqçisi Fatih Terimin imzalı formasını “Fenerbahçe” rəsmisi satın alıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu Türkiyədə əsrin fəlakətində zərərçəkənlərə yardım toplamaq məqsədilə təşkil olunan hərracda baş tutub.
Məlumata görə, Terimin 5 nömrəli imzalı forması uğrunda yarışda “Fenerbahçe” klubunun konqres üzvü Merve Mermer 100 min lirəsindən (9 min manat) keçməli olub.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb.
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. ***22:42 Türkiyədə zəlzə...