Fazil Mustafadan Sərdar Cəlaloğluna sərt sözlər: “Ayağım belə sənin üzündən çox-çox təmizdir” - FOTO
15
avq
2019
16:26
“Dəfələrlə böhtan ataraq məni FETO-çu adlandıran Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur, nakişidir”. BAKU.WS xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa “Facebook” profilində yazıb.ADP sədrinin onu FETO-çu adlandırmasına sərt reaksiya verən millət vəkili bu cür iddiada olanlara qısa və açıq mesaj göndərdiyini bildirib:“Öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir. Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı.
Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin bari. İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ.Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı.Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”Qeyd edək ki, S. Cəlaloğlu Musavat.com-a açıqlamasında Fazil Mustafanın FETO-çularla əlaqəsinin olmasını onun özünə, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə də, Türkiyə təhlükəsizlik orqanlarına da sübut edə biləcəyini, faktlarının olduğunu söyləyib.
Oxşar xəbərlər
Fazil Mustafadan uşaq pulu ilə bağlı - VACİB TƏKLİF - VİDEO
Millət vəkilli Fazil Mustafa Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.BAKU.WS xəbər verir ki, bu barədə deputat özü “Facebook” səhifəsində bildir...