Fazil Mustafadan uşaq pulu ilə bağlı - VACİB TƏKLİF - VİDEO
03
may
2019
15:13
Millət vəkilli Fazil Mustafa Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.BAKU.WS xəbər verir ki, bu barədə deputat özü “Facebook” səhifəsində bildirib.“Uşaq pulunun biz, ilkin olaraq 6 yaşadək uşaqlara şamil olunmasını nəzərdə tuturuq. Əlbəttə, istərdik ki, bu 18 yaşadək bütün uşaqlara şamil olunsun.Ancaq daha realist yanaşma tələb edir ki, problem mərhələli şəkildə həll olunsun. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı. Ümid edirik ki, rəsmi məqamlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq”, - deyə millət vəkili bildirib.
Oxşar xəbərlər
Milli Məclisdə uşaq pulu ilə bağlı vacib açıqlama
Azərbaycanda uşaq pulu bərpa edilməlidir. Bu, minimum 6 yaşadək uşaqlara aid olmalıdır.BAKU.WS Trend-ə istinadla məlumat verir ki, bunu deputat Məlahət İbrahimq...